...

“Fitch” 2025-ci ildə Azərbaycan iqtisadiyyatında 3,5 % artım proqnozlaşdırır

İqtisadiyyat Materials 14 İyun 2025 04:38 (UTC +04:00)
“Fitch” 2025-ci ildə Azərbaycan iqtisadiyyatında 3,5 % artım proqnozlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3,5 %, 2026-cı ildə isə 2,5 % artacağını proqnozlaşdırır.

Trend xəbər verir ki, bu barədə agentliyin yaydığı hesabatda qeyd olunur.

Məlumata görə, 2024-cü ilin yekunlarına əsasən, ölkənin ümumi daxili məhsulunda (ÜDM) artım 4,1 % səviyyəsində qiymətləndirilir.

“Fitch”in hesabatında bildirilir ki, iqtisadi artımın əsas hərəkətverici qüvvələri dövlət investisiyaları və qeyri-karbohidrogen sektorlarının inkişafı olacaq.

Eyni zamanda, agentlik vurğulayır ki, iqtisadi diversifikasiya sahəsində irəliləyiş hələ də məhduddur. Karbohidrogen sektoru ÜDM-in 32 %-ni, ölkə ixracının isə təxminən 90 %-ni təşkil edir.

“Fitch” iqtisadiyyatın şaxələndirilməsini ləngidən əsas faktorlar kimi dövlətin iqtisadiyyatda böyük rolunu, maliyyə vasitəçiliyinin zəifliyini və qeyri-enerji sektorlarına birbaşa xarici investisiyaların aşağı səviyyəsini göstərir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın real ÜDM-i illik ifadədə 1,5 % artıb. Bu artım əsasən həmin dövrdə 3,9 % böyümə nümayiş etdirən qeyri-karbohidrogen sektoru hesabına təmin edilib.

Xəbər lenti

Xəbər lenti