Bakı. Trend:
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı keçirilib.
Trend-in məlumatına görə, Əraqçi BMT-ni beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öhdəliklərini dərhal yerinə yetirməyə çağırıb.
O qeyd edib ki, İran Təhlükəsizlik Şurasının sədri və BMT baş katibinə rəsmi məktublar göndərərək, İsrailin hərəkətlərinə dərhal reaksiya verməyə çağırıb.
Əraqçinin sözlərinə görə, İran ərazisinə endirilən zərbələr “BMT-nin müstəqil üzvü olan İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması” və “açıq-aşkar təcavüz aktıdır”.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, BMT-nin baş katibi İsrailin hərəkətlərindən təəssüfləndiyini bildirib və xüsusilə İran və ABŞ arasında davam edən danışıqlar kontekstində İran hədəflərinə endirilən zərbələri pisləyib.