Bakı. Trend:
İsrail ordusunun arxa komandanlığı ölkə ərazisindəki vətəndaşlara sığınacaqları tərk edə biləcəkləri barədə xəbərdarlıq edib.
Trend xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qərarın əməliyyat şəraitinin qiymətləndirilməsindən sonra qəbul edildiyi bildirilib. Eyni zamanda, ordu vətəndaşlara növbəti dəfə həyəcan siqnalı verildiyi halda sığınacaqlara yaxın ərazidə qalmağı tövsiyə edib.