...

Bu il Şahdağ Turizm Mərkəzinə gələn turistlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 13 İyun 2025 17:40 (UTC +04:00)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Şahdağ Turizm Mərkəzinə 170 min 785 turist gəlib.

Trend xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov deyib.

O qeyd edib ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur:

"Bu ilin 6 ayı ərzində isə Şahdağ Turizm Mərkəzində fəaliyyət göstərən otellərdə 90 min 890 nəfər gecələyib".

"Hazırda Şahdağ Turizm Mərkəzində 15 kanat yolu fəaliyyət göstərir. Kilometr xizək enişləri salınıb və bunun 10 kilometr atılması planlaşdırılır. Kanat yollarının sayının 17-ə çatdırılması gözlənilir. Burada 538 süni qarlandırma avadanlığından istifadə olunur ki, bu da, həqiqətən böyük göstəricidir", - deyə sədr əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti