...

Orta Dəhliz üzərində qurulan dinamika turist daşımalarına töhfə verəcək - Kənan Quluzadə

Turizm Materials 14 İyun 2025 10:57 (UTC +04:00)
Orta Dəhliz üzərində qurulan dinamika turist daşımalarına töhfə verəcək - Kənan Quluzadə
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhlizin turizm sektorunda sərnişin daşımalarında rolu olacaq. Orta Dəhliz üzərində qurulan bu dinamika həm yerləşməyə, həm iaşəyə, həm də turist daşımalarına öz töhfəsini verəcək.

Trend xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında turizm sektorunda başladılan yeni layihə həm Orta Dəhlizin, həm də İpək Yolunun işləməsidir.

K.Quluzadə həmçinin, Orta Dəhliz çərçivəsində turizm sahəsində də məhsullar hazırlandığını bildirib:

“Türk dövlətlərinin xidmət qurumları birlikdə müəyyən marşrutlar, xidmət paketləri üzərində işləyirlər. Bu, yeni turizm məhsullarının formalaşmasına gətirib çıxarır. Bununla yanaşı, İpək Yolu çərçivəsində hazırlanan məhsullar da bu dəhliz üzərindəki ölkələri əhatə edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti