Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının baş məşqçisi Stefano Pioli yenidən İtaliyaya qayıdacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb. Mənbənin sözlərinə görə, 59 yaşlı mütəxəssis “Fiorentina”nın başına keçəcək.
Məlumata görə, hazırda italiyalı çalışdırıcının agenti “Əl-Nəsr” klubu ilə müqaviləni ləğv etmək barədə danışıq aparır.
Qeyd edək ki, Stefano Pioli 2017-2019-cu illərdə də “Fiorentina”ya rəhbərlik edib.