Bakı. Trend:
“Barselona” rəhbərliyi hücumu gücləndirmək məqsədilə “Liverpul”un hücumçusu Luis Diazı prioritet transfer variantı kimi görür, lakin onun üçün 60 milyon avrodan artıq ödəmək niyyətində deyil.
Trend xəbər verir ki, bu barədə “Mundo Deportivo” klubdakı mənbələrə istinadən məlumat yayıb.
Əgər Diazu transfer etmək mümkün olmazsa, kataloniyalılar “Mançester Yunayted”in vingeri Markus Reşford və ya “Atletik”in hücumçusu Niko Uilyamsa yönələ bilər.
Ötən mövsüm Luis Diaz bütün yarışlarda 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdir və bazar dəyəri Transfermarkt-a görə 70 milyon avro qiymətləndirilir.