Bakı. Trend:
İranın ali dini lideri Ayətullah Əli Xamneyi keçmiş müdafiə naziri Əmir Hatəmini ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin edib.
Trend xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət teleradio şirkəti məlumat yayıb.
Sərəncamda deyilir: “Fədakarlığınızı, səriştənizi və işgüzarlığınızı nəzərə alaraq, sizi general-leytenant rütbəsi ilə İran İslam Respublikası Ordusunun Ali Baş Komandanı vəzifəsinə təyin edirəm”.