...

Putin və Netanyahu arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 13 İyun 2025 21:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Putin İsrail və İran arasında ziddiyyətlərin sülh yolu ilə həll edilməsinin və danışıqlar prosesinə qayıtmağın vacibliyini vurğulayıb.

“Kreml”in məlumatında qeyd olunub ki, tərəflər İranın nüvə proqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi və diplomatik yollarla həll olunmasının əhəmiyyətinə diqqət çəkiblər.

Qeyd edək ki, bundan əvvəl İsrail Baş nazirinin ofisi Netanyahunun Rusiya Prezidenti ilə İran ərazisinə endirilən zərbələrlə bağlı vəziyyəti müzakirə etmək niyyətində olduğunu açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti