Bakı. Trend:
Rusiya Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də daxil olmaqla, həlak olmuş daha 1200 ukraynalının cəsədini Ukraynaya təhvil verib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, görülən repatriasiya tədbirləri nəticəsində 1200 nəfərin cəsədi Ukraynaya qaytarılıb.
Qeyd edilir ki, meyitlər Ukrayna vətəndaşlarına, xüsusən də hərbçilərə məxsusdur.