...

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olacaq

İdman Materials 13 İyun 2025 22:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

47 yaşlı Cennaro Qattuzo futbol üzrə İtaliya yığmasının baş məşqçisi təyin olunacaq.

Trend xəbər verir ki, Qattuzo ilə İtaliya Futbol Federasiyası arasında danışıqlar artıq yekunlaşıb. O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Luçano Spalettini əvəz edəcək.

Tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq. Yığma dünya çempionatının final mərhələsinə vəsiqə qazansa, müqavilənin müddəti avtomatik olaraq uzadılacaq.

Qattuzonun məşqçi heyətində veteran futbolçular Leandro Bonuççi və Andrea Bartsali də yer alacaq.

Qeyd edək ki, Cennaro Qattuzo iyunun 5-də Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi postundan ayrılıb. Komanda onun rəhbərliyi ilə ölkə çempionatını 3-cü pillədə tamamlayıb.

Xəbər lenti

Xəbər lenti