...

Karlos Alos millimizə və ya "Sumqayıt"a başçılıq edə bilər

İdman Materials 14 İyun 2025 04:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Karlos Alos karyerasını Azərbaycanda davam etdirə bilər.

Trend xəbər verir ki, ispaniyalı mütəxəssisin Azərbaycan milli komandası və ya Premyer Liqa təmsilçisi “Sumqayıt”a rəhbərlik edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Belarus mətbuatının yazdığına görə, Alosun gələcək taleyi Belarus Futbol Federasiyasının prezident seçkilərindən asılı olacaq. Mövcud müqaviləyə əsasən, əgər hazırkı prezident Nikolay Şerstnev vəzifəsini tərk edərsə, Alosun müqaviləsi də qüvvədən düşəcək. Qeyd edək ki, federasiyada seçkilər iyulun 17-də keçiriləcək.

Digər tərəfdən, 49 yaşlı çalışdırıcının artıq “Sumqayıt” klubu ilə razılığa gəldiyi də vurğulanır. Hazırda “Gənclik şəhəri” təmsilçisinin baş məşqçi postu boşdur və Alosun növbəti mövsümdə komandaya rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, Karlos Alos 2023-cü ildən Belarus milli komandasına rəhbərlik edir. Onun başçılıq etdiyi komanda bu ilin mart ayında Bakıda keçirilən yoldaşlıq oyununda Azərbaycan millisini 2:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti