...

“Qalatasaray” “Bavariya”nın daha 4 futbolçusunu heyətinə qatmaq istəyir

İdman Materials 14 İyun 2025 08:05 (UTC +04:00)
“Qalatasaray” “Bavariya”nın daha 4 futbolçusunu heyətinə qatmaq istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Bavariya”dan Leroy Saneni transfer edən “Qalatasaray” Münhen klubunun digər futbolçuları Saşa Boe, Leon Qoretska, Kim Mun Ji və Kinqsli Komanla da maraqlanır.

Trend xəbər verir ki, bu futbolçular növbəti mövsümdə “Bavariya”nın əsas planlarında yer almır. Türkiyə çempionu Sanedən sonra onlarla da danışıqlar aparır. Hələlik müsbət nəticələr olmasa da, “Qalatasaray” Çempionlar Liqasında uğur qazanmaq üçün heyətini gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, Leroy Sané 2 gün əvvəl “Qalatasaray”la 3 illik müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti