Bakı. Trend:
İspaniyanın "Real" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, "Real" argentinalı vinger üçün onun klubuna 45 milyon avro təzminat ödəyəcək.
27 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Franko Mastantuono "River Pleyt"in yetirməsidir. Argentina millisinin üzvü bu mövsüm klubunun heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.