...

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsrail prezidenti ilə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 14 İyun 2025 02:33 (UTC +04:00)
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsrail prezidenti ilə telefon danışığı aparıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsrail prezidenti İsaak Hersoqla telefon danışığı həyata keçirib və münaqişənin hər iki tərəfini maksimum təmkin göstərməyə və vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə Ursula fon der Lyayen X-də paylaşım edib.

“İsrail prezidenti İsaak Hersoqla Yaxın Şərqdə vəziyyətin pisləşməsi barədə danışdım. Bir daha qeyd etdim ki, İsrailin özünümüdafiə və xalqını qorumaq hüququ var. Eyni zamanda, regional sabitliyin qorunması həyati əhəmiyyət kəsb edir”, - paylaşımda deyilir.

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, “diplomatik səylər gərginliyin qarşısını almaq üçün çox vacibdir”.

Xəbər lenti

Xəbər lenti