Bakı. Trend:
İyunun 15-də start götürəcək klublararası dünya çempionatının (KDÇ-2025) əsas favoritləri müəyyənləşib.
Trend-in məlumatına görə, Opta analitik platformasının hesablamalarına əsasən, Fransanın PSJ klubu turnirin əsas qalibi hesab olunur. Çempionlar Liqasının son qalibi olan PSJ-nin titula yiyələnmək şansı 18,5 faiz olaraq qiymətləndirilib.
İkinci pillədə İngiltərənin "Mançester Siti" klubu (17,8 %), üçüncü yerdə isə Almaniyanın "Bavariya" komandası (12,8 %) qərarlaşıb.
Qeyd edək ki, ilk onluğa daxil olan bütün klublar Avropa təmsilçiləridir.
KDÇ-2025-in favoritləri:
PSJ - 18,5 %
"Mançester Siti" - 17,8 %
"Bavariya" - 12,8 %
"İnter" - 12,3 %
"Real" - 9,8 %
"Çelsi" - 8,4 %
"Borussiya" D - 5,4 %
"Atletiko" - 5,1 %
"Yuventus" - 3,6 %
"Benfika" - 3,3 %