...

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Cəmiyyət Materials 13 İyun 2025 18:04 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək.

Trend xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək tədbirə giriş sərbəst olacaq.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə keçirilən konsertdə populyar müğənnilər və kollektivlər çıxış edəcək. Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam, aşıq və milli mahnılarımızın ifaçılarının iştirak edəcəyi konsert “Natiq” ritm qrupunun ifasında “Qarabağ ritmləri” ilə başlayacaq. Daha sonra Alim Qasımov, Dilarə Kazımova, EMİN, Faiq Ağayev, Fərqanə Qasımova, İlhamə Qasımova, İradə İbrahimova, Lalə Məmmədova, Manana, Nigar Camal və Eldar, Röya, Sevda Ələkbərzadə, Səbinə Babayeva, Tünzalə Ağayeva və digər tanınmış incəsənət ustaları çıxış edəcək.

Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılacaq.

Xəbər lenti

Xəbər lenti