...

Ağdərədə tullantı poliqonu yaradılacaq

Cəmiyyət Materials 13 İyun 2025 16:33 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

İşğaldan azad edilən Ağdərə rayonunun inzibati ərazisində hayata keçirilən tikinti, bərpa-quruculuq işlərini daha da sürətləndirmək üçün təhlükəsiz yerdə, şəhər mərkəzindən kənarda bərk tullantılar poliqonu tikiləcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyilib.

Məlumata görə, rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 60-65 min kubmetr olacaq.

Müvafiq dövlət orqanları ilə poliqonun yerləşəcəyi ərazinin dəqiqləşdirilməsi işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti