...

Agentlikdən "Son Zəng"lə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 13 İyun 2025 16:39 (UTC +04:00)
Agentlikdən "Son Zəng"lə bağlı XƏBƏRDARLIQ
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) xəbərdarlıq edib.

Trend Agentliyə istinadən xəbər verir ki, “Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb.

Bildirilir ki, 14 iyun tarixində ölkənin bütün tam orta ümumtəhsil müəssisələrində ənənəvi “Son Zəng” çalınacaq:

"Bu münasibətlə bütün məzunlarımızı, onların yaxınlarını və müəllimlərini təbrik edirik!
Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik.Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti