...

ITFC 2008-ci ildən bəri Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün ticarət maliyyələşməsinin həcmini açıqlayıb

İqtisadiyyat Materials 14 İyun 2025 10:30 (UTC +04:00)
ITFC 2008-ci ildən bəri Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün ticarət maliyyələşməsinin həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il üzrə Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (ITFC) dərc olunmuş İllik Hesabatına əsasən, Azərbaycan 2008-ci ildə ITFC-nin yaradılmasından bəri ümumilikdə 93 milyon ABŞ dolları məbləğində ticarət maliyyələşdirilməsi üçün təsdiq alıb.

Trend xəbər verir ki, sənədə əsasən, Mərkəzi Asiya ilə əməkdaşlıqda da fəallaşma müşahidə olunur və bu region üzrə təsdiq edilmiş ümumi ticarət maliyyələşdirilməsi həcmi belə olub:

Özbəkistan — 926 milyon dollar

Qazaxıstan — 810 milyon dollar

Qırğızıstan — 26 milyon dollar

Tacikistan — 212 milyon dollar

Türkmənistan — 75 milyon dollar

Ümumilikdə, Mərkəzi Asiyanın beş dövləti 2 milyard ABŞ dollarından artıq məbləğdə maliyyələşdirmə alıb ki, bu da ITFC-nin regionda iqtisadi inteqrasiyanı dəstəkləməyə və ticarətin inkişafına artan marağını əks etdirir.

Hesabatda vurğulanır ki, İslam ticarət maliyyələşdirməsini qəbul edən əsas ölkələr Özbəkistan və Qazaxıstan olub. Bu ölkələr sənayenin transformasiyası və ixracyönümlü inkişaf sahəsindəki iddialı strategiyaları sayəsində korporasiyanın davamlı dəstəyini qazanıblar.

İslam İnkişaf Bankı Qrupunun (IsDB) hərtərəfli sosial-iqtisadi tərəqqiyə dəstək missiyasına uyğun olaraq, ITFC ticarət əməliyyatlarının maliyyələşdirilməsinə yönəlmiş səylərini davam etdirir. Bu fəaliyyətlər inklüziv inkişafa xidmət edir və iştirakçı ölkələrin ehtiyaclarına cavab verir. Korporasiya tərəfindən göstərilən dəstək ticarətə yönəlmiş inkişaf strategiyalarını gücləndirir və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə dayanıqlı iqtisadi artıma töhfə verir.

ITFC-nin ticarətin inkişafı və iqtisadi-maliyyə inklüzivliyi vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsi sahəsindəki strateji rolu qlobal dayanıqlı inkişaf gündəliyinin mühüm tərkib hissəsi olaraq qalır. Korporasiya hər il İƏT ölkələri üçün aparıcı ticarət həlləri tədarükçüsü kimi əhəmiyyətli və ölçülə bilən nəticələr nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti