...

Aİ tütün və elektron siqaretlərə aksiz vergilərini artırmağı planlaşdırır

Dünya xəbərləri Materials 13 İyun 2025 21:59 (UTC +04:00)
Aİ tütün və elektron siqaretlərə aksiz vergilərini artırmağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası tütün məhsullarına tətbiq olunan aksiz vergilərini əhəmiyyətli dərəcədə artırmağı və bu verginin elektron siqaretlərə də şamil olunmasını nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə “Politico” təşəbbüsün nəticələrini qiymətləndirən sənəd layihəsinə istinadla məlumat yayıb.

Sənədə əsasən, Avropa Komissiyası tütün rulonlarına görə aksiz vergisini 258%, ənənəvi siqaretlərə isə 139% artırmağı təklif edir. Bundan əlavə, gənclər arasında xüsusilə populyar olan vaplar (elektron siqaretlər) və nikotin paketlərinə də aksiz vergisinin tətbiqi nəzərdə tutulur.

Bu təşəbbüs, Hollandiyanın rəhbərliyi ilə 16 Aİ ölkəsinin yeni tütün məhsullarının Aİ-nin aksiz rüsumları direktivi çərçivəsində tənzimlənən siyahıya salınması ilə bağlı çağırışlarına cavab olaraq hazırlanıb. Sənəddə üzv dövlətlər arasında aksiz vergisi fərqlərinin vahid bazarın işləməsinə maneə olduğu vurğulanır.

Komissiya üç fərqli vergi artımı ssenarisi irəli sürür. Ən sərt ssenari Aİ büdcəsinə əlavə olaraq 15,1 milyard avro gəlir gətirə bilər. Sənəddə yüksək aksiz vergilərinin Aİ-də tütün istehlakını azaltmaq üçün “ən effektiv vasitə” olduğu qeyd olunur.

Xəbər lenti

Xəbər lenti