...

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən etibarlı tərəfdaşdır- Avrokomissar

Energetika Materials 13 İyun 2025 16:55 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən etibarlı tərəfdaşdır- Avrokomissar
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən etibarlı tərəfdaşdır.

Trend Avropa Komissiyasına istinadən məlumat verir ki, bunu Avropa İttifaqının Enerji məsələləri üzrə komissarı Den Yergensen Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla keçirdiyi görüş zamanı deyib. Görüşdə tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sektorunda strateji əməkdaşlığı müzakirə ediblər.

Danışıqlarda əsas diqqət təbii qaz tədarükü sahəsində dayanıqlı əməkdaşlıq məsələlərinə, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə təchizatın genişləndirilməsinə, eləcə də “yaşıl” enerji sahəsində əlaqələrin inkişafı və regionun enerji bazarlarının Avropa Komissiyasının qəbul etdiyi yeni Qara dəniz regionu strategiyasına uyğun inteqrasiyası imkanlarına yönəlib.

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır. Qaz təchizatından əlavə, biz bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, enerji infrastrukturunun inkişafı və metan emissiyalarının azaldılması kimi sahələrdə də əməkdaşlığı davam etdiririk. Bugünki dialoq gələcəyə yönəlmiş və qarşılıqlı faydalı strateji enerji tərəfdaşlığının yaradılması istiqamətində növbəti addım oldu”, – komissar Yerqensen bildirib.

Görüşdə həmçinin bu ilin aprel ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 11-ci Nazirlər iclası və “yaşıl” enerji üzrə Məşvərət Şurasının 3-cü Nazirlər iclasında başlanan müzakirələr davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti