Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF), hərbi hava qüvvələrinin İranda onlarla raket buraxılış qurğusuna və raketlərin saxlanıldığı yerlərə yeni avaizərbələr endirdiyini bəyan edib.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
Məlumatda hələ ki, zərbələrin təfərrüatları açıqlanmır.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.