Bakı. Trend:
"İnter" klubu "Parma"nın gənc hücumçusu Anj-Yoan Bonni ilə müqavilə bağlamağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə italiyalı insayder Nikolo Skira xəbər verib. Məlumata əsasən, 21 yaşlı futbolçunun Milan təmsilçisinə transferi yaxın günlərdə reallaşa bilər.
Bonni, Markus Tyurama alternativ kimi "İnter"in əsas hədəflərindən biri hesab olunur. Bildirilir ki, fransalı futbolçu artıq şəxsi müqavilə şərtlərini razılaşdırıb. Müqavilənin 2030-cu ilə qədər qüvvədə olacağı gözlənilir.
Qeyd edək ki, Bonni ötən mövsüm A Seriyasında 37 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.