Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Natanz nüvə obyektinə edilən son hücumdan sonra İrana texniki yardım göstərməyə və nüvə obyektlərinin mühafizəsini təmin etməyə hazırdır.
Trend-in məlumatına görə, bu sözləri agentliyin baş direktoru Rafael Qrossi BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.
Qrossi MAQATE-nin nüvə təhlükəsizliyi, təhlükəsizlik və nüvə silahlarının yayılmaması prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək bildirib ki, agentlik bütün şəraitdə öz mandatını yerinə yetirməkdə davam edir. O vurğulayıb ki, nüvə obyektlərinin mühafizəsini təşviq etmək və onların yalnız dinc məqsədlər üçün istifadə olunmasını təmin etmək üçün bütün maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət göstərməyə hazırdır.
Agentlik rəhbərinin sözlərinə görə, İranda artıq mühafizə müfəttişləri fəaliyyət göstərir və lazım gəldikdə nüvə təhlükəsizliyi və təhlükəsizlik üzrə ekspertlər də həmin əraziyə göndərilə bilər.
Günün əvvəlində MAQATE-nin Rəhbərlər Şurasında çıxış edən Qrossi İrana mümkün qədər tez səfər etməyə hazır olduğunu və bu barədə müvafiq orqanlara məlumat verdiyini bildirib. Bu səfərin vəziyyəti yerində qiymətləndirməyə və İran obyektlərində nüvə təhlükəsizliyi, təhlükəsizlik və nüvə silahlarının yayılmaması məsələlərinə kömək etməyə imkan verəcəyini qeyd edib.