...

İranın cavabı sərt və qanuni olacaq – Pezeşkian

Dünya xəbərləri Materials 13 İyun 2025 14:55 (UTC +04:00)
İranın cavabı sərt və qanuni olacaq – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana hava zərbələri endirməsinə İranın cavabı sərt və qanuni olacaq.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.

Müraciətdə qeyd olunur ki, İran xalqı və rəsmiləri bu hücum qarşısında susmayacaq və İranın qanuni cavabı İsraili etdiyinə peşman edəcək.

Müraciətdə deyilir ki, İsrailin İranın Tehran və digər şəhərlərinə hava hücumları nəticəsində çoxlu sayda uşaq, qadın, sivillər, hərbi komandanlar və nüvə alimləri ölüb. Ötən gecə baş verən hücum mütləq şəkildə cavablandırılacaq.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Xəbər lenti

Xəbər lenti