...

Makron İsrail-İran gərginliyi ilə əlaqədar fövqəladə iclas keçirəcək

Dünya xəbərləri Materials 13 İyun 2025 15:15 (UTC +04:00)
Makron İsrail-İran gərginliyi ilə əlaqədar fövqəladə iclas keçirəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin ötən gecə İranın nüvə proqramına endirdiyi zərbələrdən sonra Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Trend xəbər verir ki, bu barədə Fransa Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti