Bakı. Trend:
Azərbaycanda yay turizm mövsümünə start verilib.
Trend xəbər verir ki, Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.
Mediaturun əsas məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliğinə dəstək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən tədbirləri, o cümlədən mövcud turizm destinasiyalarını və xidmətləri geniş ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin "Şahdağ" Turizm Mərkəzində aparılan infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlarla bağlı məlumat verməkdir.
Tədbir çərçivəsində turizm sənayesinin yay turizm mövsümünə hazırlığını, eləcə də “Şahdağ” Turizm Mərkəzində yay mövsümündə turistlər üçün nəzərdə tutulan mövcud və yeni turizm məhsullarını əhatə edən təqdimatlar nümayiş olunub.