...

İranın daha bir SEPAH generalının öldüyü açıqlanıb

Dünya xəbərləri Materials 13 İyun 2025 15:00 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə İsrailin İrana hərbi hava hücumları nəticəsində ölüb.

Trend-in məlumatına görə, bununla əlaqədar SEPAH-ın ictimaiyyətlə əlaqədar departamenti məlumat yayıb.

Məlumata görə, İsrailin SEPAHA-a məxsus mərkəzlərindən birinə hücumu nəticəsində Hacızadə ilə birlikdə bir qrup hərbçi həlak olub.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Xəbər lenti

Xəbər lenti