Bakı. Trend:
İranın Silahlı Qüvvələri Baş Qərargahına ordu generalı Əbdürrəhim Musəvi yeni rəis təyin olunub.
Trend-in məlumatına görə, bu İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenenin müvafiq qərarında öz əksini tapıb.
Qərar general Məhəmməd Hüseyn Baqeri İsrailin İrana hücumu nəticəsində öldükdən sonra verilib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.