...

30 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib - Təhsil İdarəsi

Cəmiyyət Materials 13 İyun 2025 15:27 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri üzrə ümumilikdə 220 şagird inklüziv təhsilə cəlb edilib.

Trend xəbər verir ki, bu barədə Bakı şəhər Təhsil İdarəsi məlumat yayıb.

Bildirilir ki, həmçinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən 2024-2025-ci tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 12 məktəb (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və 315) əlavə olunub.

"Ümumilikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb. 2024-2025-ci tədris ilində inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.
Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir", - qurumdan qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti