...

Tramp İrana 60 günlük ultimatum verdiyini xatırladıb

Dünya xəbərləri Materials 13 İyun 2025 16:03 (UTC +04:00)
Tramp İrana 60 günlük ultimatum verdiyini xatırladıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail-İran gərginliyi fonunda ABŞ prezidenti Donald Tramp nüvə proqramı üzrə sazişin bağlanması üçün Tehrana 60 günlük ultimatum verdiyini xatırladıb.

Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkə hesabında paylaşıb.

“İki ay əvvəl mən “saziş bağlamaları” üçün İrana 60 günlük ultimatum vermişdim. Onlar gərək bunu edəydilər. Bu gün artıq 61-ci gündür. Mən onlara nə etməli olduqlarını dedim, lakin onlar buna nail ola bilmədilər. İndi hər halda, onlara ikinci şans verilib”, - Tramp bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti