Bakı. Trend:
Azərbaycanda turizm sektorunda yaradılan əlavə dəyər 7 il ərzində 30% artaraq 2024-cü ildə 3,1 milyard manata çatıb.
Trend xəbər verir ki, bu sözləri Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova deyib.
Onun sözlərinə görə, 2020-ci ildə pandemiya səbəbindən turizm sektorunda 58,9% daralma qeydə alınıb:
"Bununla belə, 2018–2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə ümumi daxili məhsul (ÜDM) istehsalı illik orta hesabla 3,8% artıb. 2025-ci ilin yanvar–aprel aylarında isə turizm sektorunda ÜDM istehsalında 12.8% artım qeydə alınıb".