...

İsrail-İran böhranı neft bazarlarına təsir göstərə bilər - BEA

İqtisadiyyat Materials 13 İyun 2025 15:11 (UTC +04:00)
İsrail-İran böhranı neft bazarlarına təsir göstərə bilər - BEA
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İsrailin İrana endirdiyi zərbələrlə əlaqədar narahatlığını ifadə edib.

Trend xəbər verir ki, bu barədə Fatih Birol "X" sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

“Beynəlxalq Enerji Agentliyi İsraillə İran arasındakı eskalasiyanın neft bazarlarına təsirlərini diqqətlə izləyir”, -deyə o bildirib.

İcraçı direktorun sözlərinə görə, Agentlik zərurər yaranarsa müvafiq ölçülər götürəcək.

“BEA-nın neft təhlükəsizliyi sisteminə 1,2 milyard bareldən çox strateji ehtiyat daxildir və o artıq qlobal iqtisadiyyatın qorunmasında əsas rolunu sübut edib”, – Birol paylaşımında qeyd edib.

Qeyd edək ki, daha əvvəl Niderlandın bank qrupu ING xəbərdarlıq edib ki, İranla İsrail arasında gərginliyin davam etməsi halında neftin qiyməti bir barel üçün 150 dollar həddini aşa bilər.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti