...

DİN ötən gün bank kartlarından oğurlanan pulun məbləğini açıqlayıb

Hadisə Materials 13 İyun 2025 12:20 (UTC +04:00)
DİN ötən gün bank kartlarından oğurlanan pulun məbləğini açıqlayıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend

İyunun 12-də bir sıra şəxslərin bank hesablarından 6880, 4347, 4100, 600, 537, 507, 500, 472, 450, 310, 300, 270, 255, 203, 200, 124, 100, 91 və 80 manat məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib

Müraciətdə bildirilir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə biləcəyini vətəndaşlar bilməlidir.

Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin. Bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və müvafiq bank qurumlarına müraciət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti