...

Pakistanın baş naziri İsrailin İrana zərbələr endirməsini pisləyib

Dünya xəbərləri Materials 13 İyun 2025 11:28 (UTC +04:00)
Pakistanın baş naziri İsrailin İrana zərbələr endirməsini pisləyib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın baş naziri Şahbaz Şərif İsrailin İrana zərbələr endirməsini pisləyib.

Trend xəbər verir ki, bu barədə o, X sosial şəbəkə səhifəsində yazıb.

"İsrailin İrana qarşı bugünki əsassız hücumunu şiddətlə qınayıram. Bu hücum nəticəsində insan tələfatına görə İran xalqına səmimi başsağlığı verirəm.

Bu, ciddi və son dərəcə məsuliyyətsiz bir addımdır, dərin narahatlıq doğurur və onsuz da qeyri-sabit olan regionu daha da gərginləşdirə bilər”, – deyə o, sosial şəbəkə X-dəki səhifəsində yazıb.

Şərif əlavə edib ki, Pakistan beynəlxalq ictimaiyyəti və BMT-ni regional və qlobal sülhə təhdid yaradan növbəti eskalasiyanın qarşısını almaq üçün dərhal tədbir görməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti