Bakı. Trend:
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində mövcud qanunvericilikdə olan yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin qazın saxlanmasına icazə ilə dəyişdirilməsi təklif edilir.