...

Netanyahu İrana zərbələr və onun hədəfləri ilə bağlı məni məlumatlandırıb - Mertz

Dünya xəbərləri Materials 13 İyun 2025 12:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Netanyahu məni İsrailin İrana qarşı hərbi əməliyyatı və seçilmiş hədəflər barədə telefon danışığında məlumatlandırıb.

Trend xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Mertz İsrailin İrana endirdiyi hava zərbələrini şərh edərkən bildirib.

“Gecə saatlarında İsrail qüvvələri İranın nüvə obyektlərinə, eləcə də, İran ordusunun və inqilab keşikçiləri korpusunun rəhbər strukturlarına zərbələr endirib. İsrail baş naziri Binyamin Netanyahu bu gün səhər telefon danışığında məni hərbi əməliyyat və onun hədəfləri ilə bağlı məlumatlandırıb”, - deyə Mertz bildirib.

Almaniya kansleri qeyd edib ki, hökumətin təhlükəsizlik məsələləri üzrə iclası keçirilib.

“Biz mövcud məlumatlar əsasında vəziyyəti nəzərdən keçirdik,”- Merz izah edib. O bəyan edib ki, təhlükəsizlik orqanları Almaniyada yəhudi və İsrail qurumlarının mühafizəsini gücləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti