Bakı. Trend:
Dövlət maliyyəsinin daha səmərəli idarə olunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində hazırda Maliyyə Nazirliyində müvafiq işçi qrupları yaradılıb və geniş islahatlara başlanılıb.
Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir vurğulayıb ki, islahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlirlərinin və xərclərinin təhlili və optimallaşdırılması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesinə tətbiqi imkanları dəyərləndirilir.