...

Azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsi yaradılır

Cəmiyyət Materials 13 İyun 2025 12:56 (UTC +04:00)
Azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsi yaradılır
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin yaradılması çərçivəsində yerüstü su ehtiyatlarının qiymətləndirilməsi üçün 10 çay üzərində 11 avtomat hidroloji, həmçinin bu ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 5 avtomat meteoroloji, 4 radioekoloji ve 3 aqrometeoroloji stansiya quraşdırılaraq isifadəyə verilib.

Trend xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, işğal dövründə istismar edilmiş yataqlarda monitoring işləri aparılıb, dəymiş ziyanlar qiymətləndirilib, eləcə də filiz, qeyri-filiz və inşaat materialları yataqlarının təftişi icra edilib.

Eyni zamanda, Füzuli rayonu ərazisində Aşağı Güzlək, Cəbrayıl rayonu ərazisində Havuslu, Sədi və Ərakül, Zəngilan rayonu ərazisində Cahangirbəyli və Xumarlı, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında və Qubadlı rayonu ərazisində Muradxanlı qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdılaraq, müxtəlif tikinti və yol infrastrukturunun qurulması sektorlarında istifadəyə verilib.

Vüqar Kərimov, həmçinin bildirib ki, regionda həyata keçirilən tikinti-quruculuq işlərində istifadə üçün yaxın gələcəkdə 17 faydalı qazıntı yatağının hərraca çıxarılması nəzərdə tutulur.

Bundan başqa, Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətləri bərpa edilib, eləcə də ərazi və sanitariya-mühafizə zonalarının xəritələri təsdiq edilib.

Həmçinin Arazboyu Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası çərçivəsində yasaqlığın ərazi xəritəsinin layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılır.

Xəbər lenti

Xəbər lenti