...

SEPAH-a yeni komandan təyin olunub

Dünya xəbərləri Materials 13 İyun 2025 13:13 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameni ordu generalı Məhəmməd Pakpuru İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı təyin edib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

“SEPAH komandanı Hüseyn Salaminin İsrailin İrana hava zərbələri nəticəsində öldüyünü nəzərə alaraq ordu generalı rütbəsinin verilməsi ilə baş komandan vəzifəsinə təyin olunursuz”, - deyə təyinatda bildirilir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Xəbər lenti

Xəbər lenti