...

"EgyptAir" İraq, İordaniya və Livana aviareysləri ləğv edib

Dünya xəbərləri Materials 13 İyun 2025 12:17 (UTC +04:00)
"EgyptAir" İraq, İordaniya və Livana aviareysləri ləğv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misirin dövlət hava yolları şirkəti olan “EgyptAir” regionda vəziyyətin kəskinləşməsi səbəbindən İraq, İordaniya və Livanın paytaxtlarına aviareysləri ləğv edib.

Trend xəbər verir ki, bu haqda Misirin Mülki Aviasiya Nazirliyi “Facebook”da məlumat paylaşıb.

“EgyptAir" şirkəti Yaxın Şərqdəki hadisələr və İraq, İordaniya və Livanın hava məkanının bağlanması ilə əlaqədar Bağdad, Amman və Beyruta reysləri ləğv edib”, – deyə nazirlikdən bildirilib.

Mülki Aviasiya Nazirliyi qeyd edib ki, hazırda Misirin hava məkanı “açıq, təhlükəsizdir və normal rejimdə fəaliyyət göstərir”.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti