...

DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib

Cəmiyyət Materials 13 İyun 2025 11:37 (UTC +04:00)
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İyunun 14-də ümumtəhsil müəssisələrində “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin valideynlərə və məzunlara müraciətində bildirilib.

Tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq, ictimai asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcəkdir. Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün DYP əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq.

Bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edirik.

Valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər.

Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyə və sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti