...

Türkiyədə zəlzələ olub

Dünya xəbərləri Materials 24 İyul 2025 09:15 (UTC +04:00)
Türkiyədə zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin şərqində yerləşən Malatya vilayətində zəlzələ baş verib.

Trend bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinə (AFAD) istinadən xəbər verir.

AFAD-ın məlumatına görə, 3,6 bal gücündə zəlzələnin episentri Malatyanın Yeşilyurt rayonu olub.

Zəlzələnin yerin 10.19 km dərinliyində qeydə alındığı bildirilir.

Yeraltı təkanın qonşu rayonlarda da hiss olunduğu qeyd olunur. Hər hansı dağıntı və ya zərərçəkənlər barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti