...

Litva hökuməti istefaya göndərilib

Dünya xəbərləri Materials 4 Avqust 2025 12:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litvada hökumət istefaya göndərilib.

Trend xəbər verir ki, bunu Litvanın istefaya gedən baş naziri Qintautas Paluskas elan edib.

“Baş nazir postundan istefa qərarı verdikdən sonra Litvanın 19-cu hökumətinin istefasını elan edirəm”, - deyə Paluskas bildirib.

O, istefa ərizəsini bu gün prezidentə təqdim edəcəyini, Nazirlər Kabinetinin isə yeni baş nazir dəyişiklik edənə qədər müvəqqəti fəaliyyət göstərəcəyini əlavə edib.

Xatırladaq ki, iyulun 25-də Paluskas onub barəsində yerli KİV-də Avropa dotasiyaları ilə bağlı korrupsiya ittihamlarının yayılması fonunda iki həftəlik məzuniyyət götürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti