...

Türkiyədə Ali Hərbi Şuranın iclası başa çatıb - yeni ordu qərargah rəisi təyin olunub

Dünya xəbərləri Materials 5 Avqust 2025 16:35 (UTC +04:00)
Türkiyədə Ali Hərbi Şuranın iclası başa çatıb - yeni ordu qərargah rəisi təyin olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir müddət əvvəl Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şura iclası başa çatıb. İclasın yekunlarına əsasən, Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib. Onun yerinə həmin posta ordu generalı Selçuk Bayraktaroğlu təyin edilib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir

Məlumata görə, Prezident Administrasiyası Kompleksində (Külliyə) mətbuata qapalı keçirilən Ali Hərbi Şura iclası 2,5 saat davam edib.

Bundan başqa, Quru Qoşunları Komandanlığına 1-ci Ordu Komandanı, ordu generalı Metin Tokel təyin olunub.

Dəniz Qüvvələri Komandanı admiral Ercüment Tatlıoğlu və Hava Qüvvələri Komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun xidmət müddətləri bir il uzadılıb.

32 general və admiral bir pillə yüksəldilib, 61 polkovnik isə general və admiral rütbəsinə layiq görülüb. 45 general isə təqaüdə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti