Bakı. Trend:
Hindistan limanlarında Rusiyanın “Urals” markalı xam nefti bir barelə görə 5 dollar daha ucuz təklif olunur.
Trend-in “Bloomberg”ə istinadla verdiyi məlumata görə, qiymət endirimi Rusiyanın Hindistana neft tədarükünü davam etdirmək məqsədilə atılıb.
Analitik şirkət “Kpler Ltd.” bildirir ki, bu addıma Avropa İttifaqının sanksiyalarının sərtləşdirilməsi və ABŞ tərəfindən sanksiya risklərinin artması səbəb olub.