Bakı. Trend:
Çin Xalq Respublikasının Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak məqsədilə Pekindən Koreya Respublikasına gəlib.
Trend xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Çin lideri Cənubi Koreya prezidenti Li Ce Myonun dəvəti ilə Kyonqjuda keçiriləcək 32-ci APEC İqtisadi Liderlərinin Görüşündə iştirak edəcək.
Si Cinpini səfərdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin rəhbəri Çay Çi, xarici işlər naziri Van İ və Dövlət Şurasının vitse-prezidenti He Lifen müşayiət edir.
