Bakı. Trend:
Rusiyanın Vladiqafqaz, Maqasa və Nijnekamsk şəhər hava limanlarında hava gəmilərinin qəbulu və göndərişinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəsmi nümayəndəsi Artyom Korenyako öz rəsmi "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, bundan əvvəl həmin aeroportlarda hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə sözügedən məhdudiyyətlər tətbiq olunmuşdu.
Qeyd edək ki, oktyabrın 30-a keçən gecə, eyni zamanda Moskvanın Vnukovo və Domodedovo aeroportlarında “Xalça” planı tətbiq olunmuş, mülki təyyarələrin uçuşu məhdudlaşdırılmışdı.
