...

Avrozonada mülayim iqtisadi artım qeydə alınıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 21:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin üçüncü rübündə Avrozonada 0,2 faizlik iqtisadi artım qeydə alınıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, avrodan istifadə edən 20 ölkənin iqtisadi artım tempinin ləngiməsi ABŞ-ın gömrük rüsumları artırması və Almaniya ilə İtaliyanın zəif iqtisadi nəticələri ilə əlaqələndirilir.

Avropa Statistika Agentliyi “Eurostat”ın məlumatına əsasən, Almaniya iqtisadiyyatı avqust-sentyabr aylarını əhatə edən üçüncü rübdə durğunluq yaşayıb və artım sıfır səviyyəsində qalıb.

Bu, ikinci rübdə 0,2%-lik azalmadan sonra baş verib. Ardıcıl iki rübdə iqtisadi geriləmə yaşanması resessiyanın geniş qəbul olunan təriflərindən biridir. İtaliya da eyni şəkildə ikinci rübdəki 0,1%-lik azalmadan sonra sıfır artım nümayiş etdirib.

Almaniyada istehsal və ixracyönümlü iqtisadiyyat bir sıra amillərlə əlaqədar zəifləyib. Əsas faktorlar arasında yüksək enerji qiymətləri, avtomobil və sənaye avadanlıqları istehsalında Çin rəqabəti, ixtisaslı işçi qüvvəsinin çatışmazlığı sadalanır.

Avropa üçün digər bir mənfi təsir faktoru ABŞ prezidenti Donald Trampın Avropadan idxal olunan mallara 15%-lik tarif (idxal rüsumu) tətbiq etməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti